Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2022 21:54
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının düşərgəsinə qayıdacağı tarix bəlli olub.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, 25 yaşlı hücumçu dekabrın 19-da Zaqreb təmsilçisinə qoşulacaq.
Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb. Xəbərdə bildirilir ki, komandanın baş məşqçisi Ante Çaçiç ötən ay yığmanın Moldova və Şimali Makedoniya millilərinə qarşı yoldaşlıq matçlarında iştirak etmiş forvarda əlavə istirahət verib.
Xatırladaq ki, Mahir Emreli bu ilin fevral ayından "Dinamo"da çıxış edir.