Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2022 22:56
Çində bir qadın bol acı ədviyyatlı yemək yedikdən sonra kəskin öskürək tutması keçirib.
O, öskürərkən döş qəfəsində çat səsləri eşidib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bir müddət sonra qadın müayinə üçün xəstəxanaya gəlib və burada tomoqrafiyadan sonra ona qabırğalarının sınığı diaqnozu qoyulub.
Həkimlərin sözlərinə görə, xəsarət qadının çəkisinin qeyri-kafi olması səbəbindən baş verib. Belə ki, onun boyu 171 sm, çəkisi isə 57 kq-dır.
Hazırda qadın müalicə olunur və gələcəkdə istədiyi bədən çəkisini əldə etmək üçün fiziki məşqlərə başlamağı düşünür.