Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda həftənin fotosu

Azərbaycanda həftənin fotosu

Tarix: 8 Oktyabr 2019 16:48

"Qarabağ" futbolçularının Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Düdelanj"la səfər oyunundan (4:1) sonra Azərbaycanın bayrağı ilə çəkdirdiyi şəkil ölkəmizdə həftənin fotosu seçilib.

Qol.az-ın Ağdam klubunun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, sözügedən şəkil Azərbaycanda sosial şəbəkələrdə (Feysbuk, İnstaqram və Tvitter) geridə qalan həftə ərzində ən çox paylaşılan və reaksiya göstərilən foto olub.

Xatırladaq ki, “Düdelanj” - “Qarabağ” oyununun (1:4) 31-ci dəqiqəsində Ağdam klubunun ikinci qolundan sonra meydançanın üzərində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla havalandırılıb. Xoşagəlməz hadisədən sonra baş hakim matçı yarımçıq dayandırıb. Təxminən 20 dəqiqəlik fasilədən sonra oyun davam etdirilib. Matç bitdikdən sonra Ağdam klubunun futbolçuları ölkəmizin bayrağı ilə şəkil çəkdiriblər.

 


Etiketlər:  Azərbaycanda həftənin fotosu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ