Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2022 19:18
Saxta olduğu şübhəsi yaranan spirtli içkilər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində müvafiq cihazlar vasitəsilə yoxlanır.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki,hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən sexlərdəki spirtli içkilər məhz bu mərkəzə gətirilir.
Mərkəzin Fiziki-kimyəvi ekspertiza şöbəsinin aparıcı eksperti Leyla Hacıyeva deyib ki, spirt tərkibli mayelərin ekspertizası istintaq orqanları tərəfindən verilən qərar əsasında həyata keçirilir.
İçki yoxlanılarkən onun üzərindəki yazı ilə tərkibindəki maddələrin uyğunluğuna da diqqət yetirilir.
Saxta olduğu ehtimal edilərək mərkəzə verilən içkilər bəzi hallarda tədqiqat üsulundan istifadə edilməklə də yoxlanılır. Aparıcı ekspertin sözlərinə görə, həmin içki açıldıqda onun iyi və dadından da saxta olub-olmadığını müəyyən etmək olur.
Əvvələr yalnız arağın saxtası hazırlanırdısa, son illərdə bəzi işbazlar bahalı içkilərin də saxtasını hazırlayırlar. Xüsusən də viskilərin saxtası hazırlanır ki, bu da insanı ən yaxşı halda əlil edir.
Leyla Hacıyeva vurğulayıb ki, istintaq orqanları tərəfindən saxta içkilərin yoxlanılması kimi müraciətlər həddindən artıq çox olur. Nəticələr isə bir ay ərzində açıqlanır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: