Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2022 08:57
Bəzən insan hansı bananı yesin deyə düşünür. Görəsən yaşıl rəngdə olan bananı yemək daha faydalıdır, yoxsa qara nöqtələri olanı. Bananın yetişməsi dövründə baş verənlər insanı düşünməyə vadar edir.
Yəqin ki, fikir vermisiniz, banan nə qədər yetişirsə bir o qədər sürüşkən olur. Bu bananın yetişdiyi dövrdə onun tərkibindəki fermentlərin, nişastanın əmələ gəlməsi səbəbindən baş verir. Yetişmə zamanı bananın tərkibində olan sadə şəkər (monosaarid və disaxarid) və nişasta ( uzun müddətə əmələ gələn şəkərin forması) əmələ gəlir və bu da bananı sürüşkən edir.
Bu səbəbləri nəzərə alaraq sizi şərəkin tərkibinin dəyişmədən yemənizi tövsiyə edirik. Əslində banan nə qədər yetişibsə, onun tərkibində olan şəkər daha təmiz olur.
Yapon alimləri bananın antioksidant və xərçəng əleyhinə təsir etdiyini söyləyirlər. Onlar bananın bu unikal xüsusiyyətinin bananın üstündə xırda qara xallar əmələ gəldiyi zaman olduğunu qeyd edirlər. Kimyaçılar bananın üstündə qara ləkələr əmələ gəldiyi zaman onun tərkibində əmələ gələn birləşmələrin orqanizmdəki anomal hüceyrələr əleyhinə təsir etdiyini söyləyirlər. Yəni bananın qabığında nə qədər qara nöqtə olarsa o orqanizm üçün daha çox faydalı olur.
Qabığı qaralmış banan xərçəng hüceyrələri üçün daha çox faydalıdır. Qabığının rəngi yaşıl və üstündə qara ləkələr olan banan isə orqanizm üçün 8 dəfə artıq faydalıdır.
Tam yetişmiş banan qanda şəkərin miqdarını artırmaq üçün yetərincə təmiz şəkərlə zəngindir. Şəkərinizin aşağı düşdüyü zaman, yorğun olduğunuzda tam yetişmiş banan əlamətlərin aradan qalxması üçün ən yaxşı vasitədir.
Yadda saxlamaq lazımdır ki, banan çox kalorili bir meyvədir. Bananın faydaları barədə danışan zaman isə ən çox onun kiçik növüvün faydalı olmağını nəzərə almaq lazımdır. Orqanizm üçün ən faydalı banan kiçik ölçülü yaşıl bananlardır.
Kiçik ölçüyə malik və yaşıl rəngdə olan bananların tərkibi vitamin və mikroelementlərlə zəngindir. 1 kiçik ölçülü yaşıl bananın tərkibində 300 mq natrium var. Bu isə orqanizmin su-duz balansını normallaşdırmaq üçün kifayət edir. Gün ərzində insanın ehtiyacı olan natriumu qəbul etmək üçün 3 kiçik ölçülü banan yemək lazımdır.
Tərkibində kimyəvi yaş turşusu birləşmələri olan banan mədə-bağırsağın fəaliyyətini yaxşılaşdırır. Hər gün qəbul edilən kofe, qara çay, qazlı sular orqanizmdə kalsiumun miqdarını azaldır. Hər gün 1 ədəd yaşıl banana yeməklə isə orqanizmin kalsiuma olan ehtiyacını ödəmək, həyat üçün vacib olan mikoelementlərin ehtiyacını bərpa eləmək və sümük sisteminin məhkəmlənməsinə nail olmaq olar.