Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2022 10:18
Tehran və İranın şimalındakı ermənilərin ölkə parlamentindəki deputatı Ara Şaverdiyan Azərbaycanın Laçın dəhlizini bağlamasını "tənqid" edib.
Sonxeber.net xəbər verir ki, İranda Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasında xüsusi fəallıq göstərən Şaverdiyan şəxsi Tvitter hesabında Azərbaycan dövlətini qərəzli şəkildə "Bakı" adlandıraraq yazıb:
"Bakı hökumətinin Laçın dəhlizini kəsməsi Qarabağda atəşkəsin kobud şəkildə pozulması deməkdir. Bu dəhlizin bağlanması və zəbt edilməsi istiqamətində atılan istənilən addım yalnız Qafqazda sönmüş alovu yenidən qızışdıracaq təhlükəli və xam xəyaldır".