Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2022 14:21
Sızanaqdan əziyyət çəkən şəxslərin digər bir problemi də onların üzdə buraxdığı izdir. Dərinin hamarlığını pozan bu izlər görüntü olaraq narahatlıq yaradır və müxtəlif kosmetik vasitələrdən istifadəyə sövq edir. Sağalması üçün uzun müddət lazım olan bu izləri təbii vasitələrlə də aradan qaldırmaq mümkündür.
Sonxeber.net Axşam.az-a istinadən ev şəraitində hazırlaya biləcəyiniz maskanı təqdim edir.
Tərkibi:
1 çay qaşığı üyüdülmüş darçın
2 çay qaşığı limon suyu
Hazırlanması:
Bir qabda darçınla limon suyunu qarışdırın. Qarışımı ləkələrin sıx olduğu bölgəyə çəkin. Təxminən 20 dəqiqə gözlədikdən sonra üzünüzü ilıq su ilə yuyun.
Həssas dəriniz varsa maskanı tətbiq etməzdən əvvəl dərinizin kiçik bir yerində sınaqdan keçirin. Ümumilikdə maska üzünüzü azca qıcıqlandıra bilər. Bu maskadan həftədə iki dəfə istifadə edin.