Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2022 23:36
Rusiyanın daşınmaz əmlak şirkətlərindən birinə rəhərlik edən Dmitri Zelenov Fransanın məşhur istirahət mərkəzi Antibesdə pilləkənlərdən yıxılaraq ölüb.
"Medicina" xəbər verir ki, 50 yaşlı Zelenov müvazinətini itirərək pilləkəndən yıxılıb.
Yıxılarkən başına ağır zərbələr alan oliqarx xəstəxanada dünyasını dəyişib.
Rusiya mətbuatı Zelenovun bir müddət əvvəl ürəyində problem olduğu üçün əməliyyat olunduğunu, lakin səhhətinin yaxşılaşdığını yazıb.