Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2019 17:08
Bakı. Trend:
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov daha bir təşkilatın məsul vəzifəsində çalışacaq.
AMKF-dən Trend-ə verilən məlumata görə, o, artıq Dünya Karate Federasiyası (WKF) tərəfindən rəsmən tanınan Dünya Şotokan Federasiyasının (WSF) 1-ci vitse-prezidenti təyin edilib.
WKF-in prezidenti Antonio Espinosun göstərişi ilə təyin edilən rəhbərlik heyətinə Türkiyə Karate Federasiyasının (TKF) prezidenti Esed Delihasan başçılıq edəcək. A.Espinos, E.Delihasan və Y.Bəşirovun iştirakı ilə yığıncaqda 2009-cu ildə yaradılan WSF-nin yeni İdarə heyətinin üzvləri seçilib.
Rumıniya Karate Federasiyasının prezidenti Adrian Popesku WSF başçısının köməkçisi, Gürcüstan Karate Federasiyasının prezidenti Kaxa Basiliya 2-ci vitse-prezident, TKF-in rəsmilərindən Hayrettin Hamurçu 3-cü vitse-prezident, Ercumənt Taşdəmir isə Baş katib təyin edilib. Təşkilatın İdarə heyətinin üzvləri arasında Bolqarıstan Karate Federasiyasının vitse-prezidenti Rossalin Rossalinov, Cənubi Afrika Respublikası Karate Federasiyasının prezidenti Sonni Pillay (CAR), həmçinin ölkələrində bu təşkilatın rəhbərləri olan Keyvan Gazi (Yunanıstan) və Erol Gülal Vesef (İsveçrə) yer alıb.
1-3 Şimali Makedoniyanın paytaxtı Skopyedə populyarlşamqda olan WSF-nin növbəti Avropa çempionatı keçiriləcək. Yarışda 30-dək ölkədən 2500-dən artıq karateçi iştirak edəcək. Yarış ərəfəsində təşkilatın İdarə heyətinə yeni üzvlərin qəbul olunması nəzərdə tutulub. Yığıncaqda WSF-i inkişaf etdirmək məsələləri gündəmə gətiriləcək.
WSF təşkilatının WKF tərəfindən tannınması ilə bağlı görüşdən sonra Antonio Espinos Yaşar Bəşirovla söhbətində 2020-ci ilin martında Bakıda 55-ci Avropa çempionatına hazırlıq işlərindən, eləcə də nəzərdə tutulan başqa planlar barədə danışıblar.
Y.Bəşirov Moskvada digər görüşlərində Rusiya Karate Federasiyasının prezidenti Sergey Çoya, vitse-prezident Viktor Xana, keçmiş Sovetlər Birliyində karatenin banisi Aleksey Şturminə və üç qat SSRİ çempionu Venyamin Paka, eləcə də Qazaxıstan Karate Federasiyasının vitse-prezidenti Jastalap Sanaupova AMKF-in 25 illik xatirə medallarını və fəxri diplom təqdim edib. Federasiya rəsmiləri arasında qarşılıqlı əməkdaşlıqla bağlı növbəti müzakirələr aparılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin