Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Roqozinin vəziyyəti güman ediləndən ağır imiş

Roqozinin vəziyyəti güman ediləndən ağır imiş

Tarix: 23 Dekabr 2022 09:20

Hərbi məsləhətçilər qrupunun və "Çar canavarları" elmi-texniki mərkəzinin rəhbəri Dmitri Roqozin vəziyyəti güman ediləndən daha ağır olduğundan Moskvaya köçürüləcək.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə onun köməkçisi məlumat verib.

"Hələ ki Dmitri Oleqoviç əməliyyat olunmayıb. Donetsk və Rostovdakı həkimlər əməliyyatın mürəkkəbliyini nəzərə alaraq əməliyyat keçirməyə qərar verməyiblər. Moskvaya aparıldıqdan sonra lazımi tibbi yardımın göstərilməsinə həkimlər şurası qərar verəcək", - köməkçi bildirib.

Xatırladaq ki, D.Roqozin cümə axşamı Donetskdə yaralanıb. O, köməkçiləri ilə birgə könüllülər birliklərinin birindən qayıtdıqdan sonra işgüzar görüş zamanı atəşə tutulub. Roqozin və Donetskdə atəşə tutulan daha iki yaralı Rostovdakı Hərbi Klinik Hospitalına aparılıb. Hadisə zamanı Roqozinin köməkçisi Mixail Bridasov ölüb.

Hazırda hərbi məsləhətçilər qrupunun rəhbəri Rostovdakı Hərbi Klinik Hospitalındadır. Onun onurğasına mina qəlpəsi tuş gəlib.

Qeyd edək ki, Dmitri Roqozin "Roskosmos"un sabiq baş direktorudur.


Etiketlər:  Roqozinin vəziyyəti güman ediləndən ağır imiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ