Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bədii Özfəaliyyət Kollektivlərinin Müsabiqəsinin yekun konserti keçirilib

Bədii Özfəaliyyət Kollektivlərinin Müsabiqəsinin yekun konserti keçirilib

Tarix: 24 Dekabr 2022 12:45

Bədii Özfəaliyyət Kollektivlərinin Müsabiqəsinin yekun konserti keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə oktyabr-noyabr aylarında keçirilmiş Bədii Özfəaliyyət Kollektivlərinin Müsabiqəsinin yekun konserti H.Abbasovadına mədəniyyət Mərkəzində baş tutub.

Müsabiqənin keçirilməsində əsas məqsəd mədəniyyət müəssisələrinin işinin daha da təkmilləşdirilməsi, özfəaliyyət işinin, mili musiqi və folklor janrının inkişaf etdirilməsidir.

Müsabiqədə Baş İdarənin şəbəkəsinə daxil olan mədəniyyət evləri və klubların 30 bədii özfəaliyyət kollektivi xalq çalğı alətləri, rəqs kollektivləri, muğam üçlüyü və vokal-estrada üzrə iştirak ediblər.

Münsiflər heyətinin qiymətləndirmələrinə əsasən, müsabiqənin qaliblərinə Fəxri Fərmanlar və mükafatlar təqdim olunub.

Sonda Baş İdarənin rəisi İbrahim Əliyev çıxışında qalibləri təbrik edib və onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Qaliblərin siyahısı aşağıdakı kimidir:

Nominasiyalar: "Xanəndə", "Vokal estrada", ""İnstrumental ifa"

1-ci yer

- H.Abbasov adına Mədəniyyət Mərkəzi "İstedad" xalq çalğı alətləri ansamblı
"Qarabağ şikəstəsi"- xanəndə;
- A.R.Qobustanlı adına mədəniyyət evi, Quliyev Tahir "Üzüyümün qaşı
firuzədəndir" - vokal ifaçı

2-ci yer

- Müşfiqabad qəsəbə mədəniyyət evi, Nəbiyev Şamo "Sevgilimə könül açdım",
xanəndə
- İ.Əbilov adına Mədəniyyət Mərkəzi, "Oğuzlar" folklor xalq ansamblı, "Elə
bəndəm", xanəndə
- A.R.Qobustanlı adına mədəniyyət evi, İbrahimli Sədi, "Bəyənmir məni", xanəndə
- A.R.Qobustanlı adına mədəniyyət evi, "Aşıqlar" xalq kollektivi, Niftəliyev Əli,
"Yanıq Kərəmi", instrumental ifa

3-cü yer

- İ.Əbilov adına Mədəniyyət Mərkəzi, "Şəlalə" xalq çalğı alətləri xalq ansamblı,
"Qarabağ", Nurlan Səfərov, xanəndə
- Xətai rayon Mədəniyyət Mərkəzi, "Avantaj" qrupu , "Sən gələndə", vokal estrada
- R.Axundov adına mədəniyyət evi, "Xəzər" "Bahar olsun", xanəndə
- A.R.Qobustanlı adına mədəniyyət evi, "Yaşa mənim xalqım", Babayev Amil.

Nominasiyalar : "Rəqs böyüklər", "Rəqs uşaqlar", "Rəqs solo"

1-ci yer

- Şüvəlan qəsəbə mədəniyyət evi, "Səma" rəqs ansamblı, "İncəlik" rəqsi
- Mərdəkan Mədəniyyət Sarayı, "Lalələr" rəqs ansamblı, "Xarı bülbül" rəqsi

2-ci yer

Şüvəlan qəsəbə mədəniyyət evi, " Səma" rəqs ansamblının "Məşəl"rəqs
kollektivi, "Azərbaycan" rəqsi

3-cü yer

H.Abbasov adına Mədəniyyət Mərkəzi "İncəsənət" rəqs ansamblı, "Mənim
Azərbaycanım" rəqsi

Ə.Əmirov adına Mədəniyyət Sarayı, "Xarı bülbül" rəqs ansamblı, "Qarabağ
süitası" rəqsi

1-ci yer

Xətai rayon Mədəniyyət Mərkəzi, "Təbəssüm" rəqs ansamblı, "Azərbaycan"
rəqsi

2-ci yer

M.Ə.Sabir adına Balaxanı qəsəbə mədəniyyət evi, "Dərya" rəqs ansamblı,
"Yaşasın Azərbaycan" rəqsi

3-cü yer

A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzi, "Şəms" rəqs ansamblı, "Mən
güləm" rəqsi

1-ci yer solo

Bibiheybət qəsəbə mədəniyyət evi, Uğur Məmmədli "Şələqoy"rəqsi

2-ci yer solo

Binəqədi Mərkəzi mədəniyyət evi, "Pöhrə" rəqs triosu, "Eynur" rəqsi

3-cü yer solo

Bibiheybət qəsəbə mədəniyyət evi, Uğur Məmmədli, Fatimə Məmmədli "Naz
eləmə"

Qalibləri təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Milli.Az


Etiketlər:  Bədii Özfəaliyyət Kollektivlərinin Müsabiqəsinin yekun konserti keçirilib


RƏYLƏR