Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynalı rejissor həlak oldu

Ukraynalı rejissor həlak oldu

Tarix: 24 Dekabr 2022 21:57

Daha bir ukraynalı rejissor - Oleq Bobalo Rusiya ilə müharibə şəraitində Baxmut şəhərinin yaxınlığında gedən döyüşlərdə həlak olub.

Bu barədə rejissorun həyat yoldaşı Anna Yaremçuk sosial media hesabında yazıb. O, bildirib ki, həyat yoldaşının cənazəsi hələ də cəbhə bölgəsindən gətirilməyib və bu səbəbdən dəfn mərasiminin tarixi bəlli deyil.

Bobalo könüllü olaraq cəbhəyə yollanıbmış.

O, Ukrayna Prezidenti Volodimir Zelenski və onun həyat yoldaşı Yelena Zelenski ilə 2002-ci ildə əsasını qoyduğu "Kvartal 95" studiyasında birgə çalışıb.


Etiketlər:  Ukraynalı rejissor həlak oldu


RƏYLƏR