Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qanda şəkəri salmaq üçün MÖCÜZƏVİ İÇKİ

Qanda şəkəri salmaq üçün MÖCÜZƏVİ İÇKİ

Tarix: 24 Dekabr 2022 22:30

Şəkərli diabet xəstələri qanda şəkərin səviyyəsini daim normada saxlamalıdırlar. Bu onları diabetin ciddi fəsadlarından qoruya bilər.

Şəkərin daim normadan yüksək olması bütün orqanizm üçün ziyanlıdır, lakin əsasən bu damarlara güclü zərbə vurur, onları sıradan çıxardır. Məhz bu səbəbdən şəkərli diabet xəstələri infarkt və insulta görə risk qrupundadır.

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, Mayo klinikasında (Mayo Clinic) aparılmış elmi araşdırmanın nəticələrinə görə, alma sirkəsinin istehlakı şəkəri aşağı salmağa və hətta bir neçə ay ərzində sabitləşməyə kömək edir.

Araşdırma zamanı bir qrup şəkərli diabet xəstələrinə axşam yeməyi zamanı 200 ml suya əlavə olunmuş  15 ml təbii alma sirkəsi verilirdi. Digər xəstələr isə adi su içirdilər.

3 aydan sonra məlum olub ki, alma sirkəsini qəbul edən xəstələrdə qanda şəkərin səviyyəsi əhəmiyyətli şəkildə aşağı düşüb. Adi su içən xəstələrdə bu müşahidə olunmurdu.

Mütəxəssislər belə nəticəyə gəliblər ki, alma sirkəsinin müntəzəm istehlakı şəkərli diabetlə mübarizədə çox effektli vasitədir.

Milli.Az


Etiketlər:  Qanda şəkəri salmaq üçün MÖCÜZƏVİ İÇKİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ