Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2022 16:35
"Dostlarımın çoxunu silmişəm. İllərlə olan rəfiqələrimə heçnə deməmiş silmişəm dostluğumdan. İncidiyimi də onlara deməmişəm. Nə mesajlarına, nə də ki zənglərinə cavab verirəm. Bununla da dostluğumuz bitib. Onlar bilsəydilər ki, günahları yoxdur gəlib mənimlə üzbəüz danışardılar. Amma onlar bunu etməyiblər. Ona görə də onlar itiblər".
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu sözləri "Göyçək" ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva qonaq olduğu "Özəl" verilişində deyib.
Sənətçi bildirib ki, qızı ailə həyatı qurandan sonra onun ən yaxın rəfiqəsinə çevrilib.
"Dostluq etmək gözəl duyğudur. Kimləsə məsləhətləşmək, dərdləşmək, gülüb-danışmaq. Amma o demək deyil ki, sən həmin o insanlarla bütün gün oturmalısan. Qızım Aydanla rəfiqəyik. Keçmiş illərdə biz onunla bu qədər yaxın dost deyildik. Aydan ana, ailə sahibi olandan sonra ondan o qədər məsləhətlər alıram ki... Qızımın 27 yaşı var. Bir-birimizlə məsləhətləşirik, nəyi-necə etməyi soruşuruq", - deyə F.Fətəliyeva vurğulayıb.
Qeyd edək ki, 3 il əvvəl Fatimə Fətəliyevanın qızı Aydan Əkbər adlı bəylə ailə qurub. 2020-ci ildə isə cütlüyün Zəhra adlı qızı dünyaya gəlib. Rəqqasənin Hüseyn adında daha bir oğlan övladı var.