Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AP-dakı qalmaqal böyüyür: Sevgilisi pulla dolu çamadanlarla... - FOTO

AP-dakı qalmaqal böyüyür: Sevgilisi pulla dolu çamadanlarla... - FOTO

Tarix: 27 Dekabr 2022 23:14

Avropa Parlamentinin işdən çıxarılan vitse-spikerlərindən biri Eva Kaylinin də aralarında olduğu yüksək səviyyəli şəxslərin rüşvət alması iddiası ilə başlayan istintaq dərinləşir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Avropa mediası mövzu ilə bağlı yeni məlumatlara çatıb.

İtaliyanın "La Repubblica" qəzeti Antonio Panzeri və Kaylinin sevgilisi Françesko Corcinin çamadanlarla pul daşıdığını iddia edən görüntüləri paylaşıb. Həbsdə olan Kayli isə günahsız olduğunu iddia etmişdi.

Görüntülərdə Kaylinin 20 aylıq uşağı arabada Corcinin yanında əks olunub.

Panzeri və Corcinin Brüsselin ən dəbdəbəli otelinə boş çamadanlarla daxil olduğu bildirilib.

Belçika Prokurorluğu bildirib ki, onlar oteldən çıxarkən çamadanlar pulla dolu olub.

Milli.Az


Etiketlər:  AP dakı qalmaqal böyüyür Sevgilisi pulla dolu çamadanlarla FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ