Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2022 11:48
Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri Rəhman Sahib oğlu Mustafayev iqamətgahı Haaqa şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi təyin edilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.