Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2019 12:52
Uels millisinin futbolçusu Aaron Remsi Avro-2020-nin seçmə mərhələsində Slovakiya ilə oyunu buraxacaq.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə yığmanın baş məşqçisi Rayan Qiqqz məlumat verib. O, əzələsində problem olan "Yuventus"un yarımmüdafiəçisinin Xorvatiya ilə görüşdə isə oynaya biləcəyini söyləyib.
Qeyd edək ki, Slovakiya – Uels görüşü bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.