Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2022 15:03
Dekabrın 28-də Beynəlxalq Muğam Mərkəzində Milli Konservatoriyanın professoru, Sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadənin 65 illik yubileyi qeyd edildi. Gecədə tanınmış incəsənət xadimləri və yubilyarın sənət dostları iştirak edirdi.
Musiqi ilə dolu çal-çağırlı yubiley tədbirində mədəniyyət xadimləri musiqiçini təbrik edərək yaradıcılıq yolundan söz açdılar. Bildirildi ki, 1976-cı ildən etibarən günümüzə qədər əmək fəaliyyətini bir musiqiçi kimi fasiləsiz olaraq davam etdirən ifaçı, müəllim həm də müxtəlif ansamblların rəhbəri kimi fəaliyyətini davam etdirir. Bu gün Milli Konservatoriyanın professoru olaraq bilik və bacarığını peşəkar musiqiçilərin yetişdirilməsində əsirgəmir. Onun müxtəlif mövzularda elmi məqalələri, araşdırmaları sənət tariximizi zənginləşdirib. Yaradıcılığına, o cümlədən elmi-akademik araşdırmalarına maraq böyükdür.
Yubiley gecəsində sənətkara həsr olunan sənədli filmlərdən kadrlar nümayiş olundu, müəllifi olduğu musiqilər səsləndi. Yubilyar çıxışı zamanı tədbirin təşkilatçılarına minnətdarlığını ifadə etdi.