Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu məktəbdə tədris üçnövbəlidir - VİDEO

Bu məktəbdə tədris üçnövbəlidir - VİDEO

Tarix: 29 Dekabr 2022 19:32

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə tədris 3 növbədə həyata keçirilir. Sonuncu növbədə təhsi alan şagirdlər axşam saatlarında çıxırlar ki, bu da valideynlərin narahatlığına səbəb olur.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, məktəbin qarşısında işıqlandırma sistemi yolxdur. Bu təhsil müəssisəsinin qarşısı tam qaranlıq olduğu üçün valideynlər övladlarını telefon işığı ilə tapırlar.

Bu məktəbin ibtidai sinif şagirdləri axşam dərsdən çıxarkən evə qaranlıqda getmək məcburiyyətində qalırlar.

Məktəbin bu korpusunun həyətində və ona bitişik küçədə işıqlandırma sistemi işləmir.

Valideynlər deyirlər ki, belə vəziyyət uzun müddətdir davam edir. Onların sözlərinə görə, şagird sıxlığı ucbatından 3-cü növbədə təhsil alan şagirdlər dərsdən axşam saatlarında çıxırlar. İşıqlandırma sistemindəki problemlərə görə belə vəziyyət yaranır.

1969-cu ildən tikilərək istifadəyə verilmiş Xırdalan şəhər 2 nömrəli tam orta məktəb əvvəllər 1269 şagirdin təhsil alması üçün nəzərdə tutulmuşdu. İndi bu rəqəm 6 mini keçib. Sıxlıqla bağlı təhsil müəssisəsi 3 növbədə fəaliyyət göstərir.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən isə bildirildi ki, işıqlandırma sisteminin işlək vəziyyətə gətirilməsi üçün Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı əsaslı Tikinti və Təchizat İdarəsinə müraciət edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  məktəbdə tədris üçnövbəlidir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ