Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2022 23:32
Bu gün Xətai Rayon Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması üçün vəsatətə baxılıb.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, bugünkü məhkəmədən görüntülər sosial mediada paylaşılıb.
Vəsatətin təmin olunub-olunmaması ilə bağlı məhkəmə qərarı isə hələlik açıqlanmayıb.
Həmin fotonu təqdim edirik:
Qeyd edək ki, ictimai fəalın ev dustaqlığına buraxılması ilə bağlı daha əvvəl bir neçə dəfə vəsatət verilsə də, təmin olunmayıb.
B.Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunaraq dekabrın 9-da həbs edilib. Onun jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə tutulduğu bildirilir.
Xatırladaq ki, B.Hacıyev 2 həftədir davam etdirdiyi aclıq aksiyasını bu gün dayandırıb.