Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2022 07:32
Etiraz aksiyaları başlayandan sonra bir sıra komandirlər və keçmiş rəsmilər sistemdən uzaqlaşmağa çalışırlar.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu SEPAH komandirinin müşaviri və İmam Hüseyn adına Hərbi Universitetin keçmiş başçısı Həmid Abazəri deyib.
O, ad çəkmədən bir sıra tanınmış hökumət adamlarının etirazlar qarşısında susduğunu, Əli Xameneini müdafiə etmədiklərini bildirib.
"Bir çox komandirlər bu hadisələr zamanı kəskin mövqe nümayiş etdirə, müqavimət göstərə bilməyib, dəyərlərimizə qarşı çıxdılar".
Qeyd edək ki, Həmid Abazərinin bu çıxışı İranda hakimiyyətdaxili parçalanmanın gücləndiyi ehtimallarını qüvvətləndirir.