Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abbasqulu Nəcəfzadənin 65 illik yubileyi qeyd edildi

Abbasqulu Nəcəfzadənin 65 illik yubileyi qeyd edildi

Tarix: 30 Dekabr 2022 15:00

Beynəlxalq Muğam Mərkəzində Milli Konservatoriyanın professoru, Sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadənin 65 illik yubileyi qeyd edildi. Gecədə tanınmış incəsənət xadimləri və yubilyarın sənət dostları iştirak edirdi.

Musiqi ilə dolu çal-çağırlı yubiley tədbirində mədəniyyət xadimləri musiqiçini təbrik edərək yaradıcılıq yolundan söz açdılar. Bildirildi ki, 1976-cı ildən etibarən günümüzə qədər əmək fəaliyyətini bir musiqiçi kimi fasiləsiz olaraq davam etdirən  ifaçı, müəllim həm də müxtəlif ansamblların rəhbəri kimi fəaliyyətini davam etdirir. Bu gün  Milli Konservatoriyanın professoru olaraq  bilik və bacarığını peşəkar musiqiçilərin yetişdirilməsində əsirgəmir. Onun müxtəlif mövzularda elmi məqalələri, araşdırmaları sənət tariximizi  zənginləşdirib.

Yaradıcılığına, o cümlədən elmi-akademik araşdırmalarına maraq böyükdür.

Yubiley gecəsində sənətkara həsr olunan sənədli filmlərdən kadrlar nümayiş olundu,  müəllifi olduğu  musiqilər səsləndi. Yubilyar çıxışı zamanı tədbirin təşkilatçılarına minnətdarlığını ifadə etdi. 


Etiketlər:  Abbasqulu Nəcəfzadənin illik yubileyi qeyd edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ