Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti xəstəxanaya yerləşdirildi

Tarix: 30 Dekabr 2022 16:09

Xalq artisti tarzən Ağasəlim Abdullayev xəstəxanaya yerləşdirilib.

Sonxeber.net xəbər verir ki, Yeni Klinikadan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Xalq artisti qarın bölgəsində ağrı şikayəti ilə təcili tibbi yardım şöbəsinə müraciət edib.

"Xəstəyə anamnestik, laborator və instrumental müayinələrin nəticəsinə əsasən kəskin pankreatit diaqnozu qoyulub və stasionar müalicə üçün terapiya şöbəsinə yatırılıb. Xəstə şöbəyə qalxdıqdan sonra müalicəsinə dərhal başlanılıb".

Həmçinin qeyd olunub ki, Ağasəlim Abdullayevin bu gün səhərki vəziyyəti kafi olaraq qiymətləndirilib və müalicəsi davam etdirilir.


Etiketlər:  Xalq artisti xəstəxanaya yerləşdirildi


RƏYLƏR