Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2022 18:24
Prezident İlham Əliyev "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 20.0.19-cu maddəsində "7" rəqəmi "10" rəqəmləri ilə əvəz edilir.
Beləliklə, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı - rezidentin sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındığı tarixdən 7 il müddətinə deyil, 10 il müddətinə gömrük rüsumlarından azad edilir.
Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.