Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu məktəbin müəllimləri direktordan şikayətçidirlər - VİDEO

Bu məktəbin müəllimləri direktordan şikayətçidirlər - VİDEO

Tarix: 30 Dekabr 2022 20:34

Abşeronda musiqi məktəbinin 30 müəllimi direktordan şikayət edirlər. Onlar dərs saatının azaldılmasını iddia edərək məktəb rəhbərliyindən narazıdırlar.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət Novxanı kəndi ərazisində yerləşən Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Laçın rayonu, Şəlvə kənd 7 illik musiqi məktəbindən gedir.

Musiqi məktəbinin müəllimləri iddia edirlər ki, direktor Azər Əliyev onların dərs saatını bilərəkdən azaldır. Buna etiraz edənlər isə təzyiqlə üzləşirlər.

İddia edilir ki, adıçəkilən direktor kollektivə qarşı haqsızlıq edir.

Musiqi məktəbinin direktoru Azər Əliyev isə səsləndirilən iddiaları əsassız sayır.

Mədəniyyət Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırmalara başlanıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Bu məktəbin müəllimləri direktordan şikayətçidirlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ