Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Artriti yaradan səbəblər və onunla mübarizə

Artriti yaradan səbəblər və onunla mübarizə

Tarix: 1 Yanvar 2023 22:03

Revmatoloji xəstəliklərin ilkin əlamətlərindən biri oynağın iltihabi xəstəliyi olan artritdir.

AZƏRTAC xəbər verir ki, həkim-revmatoloq Nərgiz Hüseynova deyib: "Artrit oynaqlarda qızartı, şişkinlik, ağrı şikayəti ilə özünü göstərir və ciddi hərəkət məhdudiyyətinə səbəb olur. Zaman keçdikcə hərəkət məhdudiyyəti qalaraq fiziki qüsura gətirib çıxara bilər".

Hazırda revmatoloji xəstəliklərin elmə məlum olan 200-dən çox növü var. Onların bir qismində artrit olsa da, digərləri sadəcə daxili orqanların, damarların yuyulması və zədələnməsi nəticəsində baş verə bilər. Bura ağciyərlər, ürək, mədəaltı vəzi, böyrəklər, bağırsaq, gənc xanımlarda ana olmaqla əlaqədar narahatlıqlar daxildir.

"Revmatoloji xəstəliklərin yaşı yoxdur, yeni doğulmuşdan tutmuş ən ahıl yaşa qədər həmin diaqnozu qoymaq olur. Lakin gənclər və orta yaş qrupu həmin xəstələr arasında üstünlük təşkil edir. Hormonal disfunksiyalar, əvvəllər keçirilmiş hər hansı infeksion xəstəliklər və immun sisteminin digər problemləri həmin xəstəliyə gətirib çıxara bilər. Buğdadan hazırlanan ağ un məmulatlarının tamamilə məhdudlaşdırılması, tərəvəzlərlə daha çox qidalanmaq, duz və şəkər kimi əlavə dadlandırıcı vasitələrdən istifadə etməmək məsləhət görülür",- deyə həkim-revmatoloq bildirib.

Müasir revmotologiyada artritdən yaranan əlilliyin qarşısını almaq üçün çox müasir dərman preparatları var. Vaxtında həkimə müraciət etməklə onun qarşısını almaq mümkündür. Fiziki müalicə üsulları, üzgüçülük, yürüş, pəhriz saxlamaq və zərərli vərdişlərdən uzaq olmaq xəstəliyin müalicəsində kömək edə bilər.

Milli.Az


Etiketlər:  Artriti yaradan səbəblər onunla mübarizə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ