Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hər gün göy soğan yeyin! FAYDALARI

Hər gün göy soğan yeyin! FAYDALARI

Tarix: 1 Yanvar 2023 23:45

Göy soğanı təbii antiseptik və antibiotik adlandırmaq olar. Onun tərkibində olan bir çox faydalı maddələr mikrobları, virusları, göbələkləri öldürür, immun sistemini gücləndirir, iltihabı azaldır.

- Göy soğan C vitamini ilə zəngindir. C vitamini immun sisteminin fəaliyyətinə çox müsbət təair edir,  soyuqdəymə və qripp xəstəliklərinin qarşısını alır. Soyuq fəaillərdə bu xüsusilə vacibdir.

- Göy soğan fitonsidlərlə zəngindir. Fitonsidlər təbii antibiotiklərdir, onlar mikrobları öldürür, mikrobların  çoxalmasının qarşısısnı alır.

- Göy soğanın tərkibində "kversetin" və "antosian" adlı maddələr var. Bu maddələr güclü şişəleyhinə təsirə malikdir.

- Göy soğanın tərkibində olan xüsusi maddə "allisin" damarların sağlamlığını qoruyur, damarları daha elastik edir, trombların əmələ gəlməsinin riskini azaldır.

- Göy soğan qanin tərkibini yaxşılaşdırır.

- Göy soğan sümüklərə və dişlərə müsbət təsir edir, damaqları möhkəmləndirir.

- Sinklə zəngin olan göy soğan kişi və qadın reproduktiv (dolyaratma) sistemlərinə olduqca müsbət təsir edir.

Milli.Az


Etiketlər:  Hər gün göy soğan yeyin FAYDALARI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ