Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni ilin ilk gününün körpəsinin VİDEOsu

Yeni ilin ilk gününün körpəsinin VİDEOsu

Tarix: 3 Yanvar 2023 04:46

Azərbaycanda 2023-cü ilin ilk uşağı dünyaya gəlib.

Milli.Az Xezerxeber.az-a istinadla xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Məlumata görə, 00.01-də Bakıdakı 4 saylı doğum evində dünyaya gələn oğlanın çəkisi 2,7 kq-dır.

Körpənin valideynləri uşağın adını Mətin qoyublar.

Təqvim ili yenilənən kimi Mingəçevirdə də iki uşaq doğulub. Körpələrin hər ikisi oğlandır. Mingəçevir Şəhər Xəstəxanasının doğum evində uşaq dünyaya gətirən Ayişə Hacıbəyli və Nərmin Ələsgərlinin hər ikisi ikinci hamiləlikdən sonra ana olublar.

Mingəçevir Şəhər Xəstəxanasının doğum evində doğulan 3kq 400q və 3kq 500q çəkidə olan körpələrin və anaların vəziyyəti normaldır.

Milli.Az


Etiketlər:  Yeni ilin ilk gününün körpəsinin VİDEOsu


RƏYLƏR