Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabah Pele ilə bağlı fərman olacaq

Sabah Pele ilə bağlı fərman  olacaq

Tarix: 3 Yanvar 2023 22:58

Rio-de-Janeyrodakı "Marakana" stadionuna gedən əsas yollardan biri üçqat dünya çempionu, braziliyalı hücumçu Pelenin şərəfinə adlandırılacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə şəhərin meri Eduardo Paes Tvitter hesabında məlumat verib.

"Marakananı əhatə edən qərb radial prospekti Pele prospekti adlandırılacaq, fərman sabah dərc olunacaq", - mer yazıb.

Qeyd edək ki, Pele dekabrın 29-da 82 yaşında dünyasını dəyişib. Braziliyalı dünya çempionatında üç dəfə qalib gələn yeganə oyunçudur.

Milli.Az


Etiketlər:  Sabah Pele ilə bağlı fərman olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ