Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Son matçda da “döyüşəcəyik” - Joze Alesio

''Son matçda da “döyüşəcəyik” -  Joze Alesio

Tarix: 10 Oktyabr 2019 23:00

“Olanları təkrarlamaq istəmirəm. Artıq baş verənlərlə bağlı dünən də danışmışam".
 
Qol.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan çempionu “Araz”ın baş məşqçisi Joze Alesio Da Silva bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyanın “Benfika” klubuna uduzduqları oyundan (0:7) sonra mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis məğubiyyəti heyətdəki məlum problemlləri ilə əlaqələndirib: "Məncə, bu gün daha yaxşı müübarizə apardıq. Çünki “Halle Gooik”lə oyundan sonra necə oynayacağımızı müəyyənləşdirdik. Amma yorğunluq sözünü dedi. İkinci hissədə uşaqların ayaqları sanki işləmirdi, beyinləri yorulmuşdu. Birinci hissədə 3 qol buraxdıq. Fasiləyə qədər gücümüz daha çox idi. Təəssüf ki, səhvlərdən qaça bilmədik. Vurulan qolların bəzisini “hədiyyə” etdik. Bu da yorğunluğun, ardıcıl iki matçı 6 oyunçu ilə keçirməyimizin nəticəsidir. “Benfika” isə fərqli keyfiyyətlərə malik komandadır. İstər taktiki, istərsə də texniki cəhətdən onlar qrupun aşkar favoriti, ən güclüsüdür.

Şansımız “Halle Gooik” – “Xerson” oyununun nəticəsindən asılıdır. Ukrayna futzalçıları qələbə qazana bilməsə, şənbə gününü fərqli etməyə çalışacağıq. İstənilən halda son matçda da “döyüşəcəyik”.

 


Etiketlər:  matçda döyüşəcəyik Joze Alesio


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ