Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sizdə bu əlamətlər varsa, dünyada yeni yayılan virusa yoluxmusunuz

Sizdə bu əlamətlər varsa, dünyada yeni yayılan virusa yoluxmusunuz

Tarix: 8 Yanvar 2023 13:09

XBB.1.5 indiyə qədər aşkar edilmiş ən yoluxucu Omikron alt variantı kimi təhlükə yaradır və tərkibindəki mutasiyalar sayəsində sürətlə yayılaraq hüceyrələrə yapışmağa və çoxalmağa imkan verir.

Milli.Az azxəbər-ə istinadla bildirir ki, XBB.1.5-in simptomları COVID-19 növlərinə bənzəyir.

Omicron XBB.1.5 ABŞ-da sürətlə yayıldıqdan sonra alimlərin narahatlığına səbəb olub. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatlarına əsasən, XBB və XBB.1.5-in ABŞ-da 31 dekabr həftəsi üçün COVİD-19 yoluxmalarının 44,1%-ni təşkil etdiyi təxmin edilir ki, bu da əvvəlki həftədəki 25,9%-dən çoxdur. ÜST bu virusun daha 28 ölkəsində aşkarlandığını bildirib.

Ekspertlər bu virusun qripə bənzər simptomlarının olduğunu, peyvənd edilmiş xəstələrdə daha az yayıldığını bildirirlər.

Virusun əlamətləri bunlardır:

-qızdırma və ya titrəmə;

-öskürək;

-nəfəs darlığı və ya nəfəs almaqda çətinlik;

-əzələ və ya bədən ağrıları;

-baş ağrısı;

-dad və ya qoxu itkisi;

-boğaz ağrısı;

-tıxanıqlıq və ya axan burun;

-qusma;

-ishal.

Qeyd edək ki, bu virus Avropa ölkələrində sürətlə yayılmağa davam edir.

Milli.Az


Etiketlər:  Sizdə bu əlamətlər varsa dünyada yeni yayılan virusa yoluxmusunuz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ