Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nəsli kəslilməkdə olan heyvanın buynuzlarını satan saxlanıldı - FOTO

Nəsli kəslilməkdə olan heyvanın buynuzlarını satan saxlanıldı - FOTO

Tarix: 10 Yanvar 2023 16:32

Qazaxıstan polisi buynuz qaçaqmalçılığının qarşını alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Qazaxıstanın Almatı vilayətinin Taldıkorqan ərazisində baş verib.

Şübhəli şəxs qismində saxlanılan Qazaxıstan vətəndaşı nəsli kəsilməkdə olan sayqakların buynuzlarını satmağa çalışıb.

Onun idman çantalarından 222 sayqak buynuzu müsadirə edilib. Faktla bağlı cinayət işi açılıb.

Məlumat üçün qeyd edək ki, sayqak Qazaxstan, Özbəkistan, Türkmənistan, Rusiya və Monqolustanda yaşayan cütdırnaqlı bir heyvandır. Məhv olma həddində olan sayqak qanunla qorunur.

Milli.Az


Etiketlər:  Nəsli kəslilməkdə olan heyvanın buynuzlarını satan saxlanıldı FOTO


RƏYLƏR