Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2023 17:25
Xərçəngdən əziyyət çəkən Əməkdar artist Gülbahar Şükürlü müalicələri üçün evini, bağını və qızıllarını satıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu haqda aparıcı Tarix Əliyev "Ümid ilə gəl" verilişində deyib. O, qarmon ifaçısının müalicələri üçün mülklərini satdığını açıqlayıb.
"Müalicəsinə 100 mindən çox pul xərcləyib. Heç kimə ağız açmayıb, bağını, evini, qızıllarını satıb. Hazırda ancaq bir evi qalıb" deyə, Tolik bildirib.
G.Şükürlü 10 ildir xərçənglə mübarizə apardığını deyib:
"Türkiyədə və Moskvada mənə diaqnoz qoydular. İndi də müalicəm burada aparılsa da, həkimlərim oradadır. İlk iki il ailəmdən gizlətdim. Hətta xəbəri olan rəfiqəmə deyirdim ki, desən, səni danışdırmayacağam. İstəmirdim efirdə deyim, düşünürdüm ki, şən mahnılar ifa edə bilmərəm. Kimyaterapiyanın biri 3 min manatdır".