Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan meydan oxudu – Ermənistan Rusiyanı tərk edir

Paşinyan meydan oxudu – Ermənistan Rusiyanı  tərk edir

Tarix: 10 Yanvar 2023 21:39

"Paşinyan Rusiya hərbi bazasını Ermənistandan çıxarsa, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa alternativi qalmayacaq".

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya-Ermənistan münasibətlərindəki gərginliyə diqqət çəkib:

"Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın ölkəsindəki hərbi mövcudluğunu "təhdid" adlandırıb. Ukraynadakı müharibənin fonunda Qərb ölkələrinin Rusiyaya münasibətinin dəyişdiyini vurğulayan Paşinyan belə şəraitdə Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun Ermənistanın təhlükəsizliyini təmin etmədiyini, əksinə, ona təhdid yaratdığını bildirib.

Paşinyan hakimiyyətdə olduğu dövrdə ziddiyyətli çox açıqlama verib, ancaq Rusiyanın ünvanına hələ beləsini səsləndirməmişdi. Onu bu açıqlamalara son bir neçə il ərzində görüşdüyü Qərb liderləri, diplomatları və kəşfiyyat rəhbərləri həvəsləndirib. Digər səbəb Azərbaycandır.

Paşinyanın məntiqinə görə, Rusiya Ermənistanın düşməni Azərbaycana təzyiqi lazım bilməyibsə, Ermənistanla Qarabağı birləşdirən yolda azərbaycanlı etirazçılara qarşı güc tətbiq etməyibsə, üstəlik Azərbaycanla təmas xəttindəki döyüşlərdə Ermənistanı dəstəkləməyibsə, demək, İrəvanın belə bir müttəfiqə ehtiyacı yoxdur. Ancaq Paşinyan daha da irəli gedərək "Rusiyanın Ermənistanda hərbi bazasına ehtiyac yoxdur" fikrini təlqin etməyə başlayıbsa, bu, Kremldə İrəvanın Rusiya ilə münasibətlərdə "qırmızı xətt"i aşması kimi dəyərləndiriləcək".

Elxan Şahinoğlu hesab edir ki, Paşinyan hakimiyyətdə olduğu müddətdə Ermənistanı həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxararsa, həm də Rusiyanın hərbi bazasını ləğv edərsə, bunun Cənubi Qafqaza faydası olacaq:

"Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa alternativi qalmayacaq. Paşinyanın bunları etmək üçün zamanı azdır, o Rusiya ilə ipləri qoparmaq planını işə salana kimi Moskva onun işini bitirə bilər".


Etiketlər:  Paşinyan meydan oxudu Ermənistan Rusiyanı tərk edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ