Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İçdiyiniz suyun dadlı olmasını istəyirsinizsə...

İçdiyiniz suyun dadlı olmasını istəyirsinizsə...

Tarix: 12 Yanvar 2023 04:06

Limon və çiyələk
1. İçdiyiniz suyun içərisinə çiyələk, limon qatsanız qəbul elədiyiniz su çox dadlı olacaq. Xoşunuza gəlirsə bu suya rozmarin də əlavə edə bilərsiniz.
2. Portağal, laym, limonun hərəsindən bir dilim suya salıb içsəniz suyunuzda olan mikroelementlərin miqdarı artacaq, ətirli və dadlı suya çevriləcək. Adları çəkilən meyvələrin qarışımı olmasa, birindən də suya əlavə eləmək suyun dadını dəyişə bilir.
3. Nanə və ananas dilimi salınmış suyu içmək suyunuzu dadlandırmaqla yanaşı , sizin ürək yanğınızı aradan qaldıracaq və nəfəsinizi təravətləndirəcək.
4. Moruq və laym
Moruq və laym əlavə edilmiş su da çox dadlı olur və orqanizm üçün çox faydalıdır.
5. Böyrütkən və adaçayı suya qatıldıqda sudan xüsusi tam gəlir.
6. Portağal, zəncəfil və ananas
Bu 3 məhsulun qarışımı suda xüsusi bir dadın əmələ gəlməsinə səbəb olur. Qarışım hazırlanıb bankada soyuducuda saxlanılır və lazım olduğu zaman suya əlavə edilir.
7. Qarpız və rozmarin
Qarpız və rozmarin suya qatıldığı zaman qəbul edilən su orqanizmdə köp və şişkinlik əmələ gətirmir.
8. Xiyar və nanə
Bu su dadlı olmağı ilə yanaşı orqanizmə detoks təsiri bağışlayır və sərinləşdirici təsir edir.
Əgər dadlı su içmək istəyirsinizsə, və lazım olan zaman əliniz altında istədiyiniz meyvə yoxdursa o zaman xoşunuza gələn ətirli meyvələrdən buz kubiki düzəldib soyuducuda saxlaya bilərsiniz.


Etiketlər:  İçdiyiniz suyun dadlı olmasını istəyirsinizsə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ