Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avtobusların gündəlik planı necə müəyyənləşir? - VİDEO

Avtobusların gündəlik planı necə müəyyənləşir? - VİDEO

Tarix: 12 Yanvar 2023 17:40

Bəzi daşıyıcı şirkətlərin sürücülər qarşısında qoyduqları gündəlik plan pulu ilə bağlı şərt sürücülərin etirazına səbəb olur. Məsələn, bir neçə gün əvvəl Sumqayıtda 10 A saylı marşrutu üzrə hərəkət edən avtobusların sürücüləri məhz elə bu səbəbdən səhər saatlarından işə çıxmaqdan imtina etmişdilər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, ''Sumqayıt Nəqliyyat -1'' MMC-nin balansındakı 12 marşurt xəttində olan hər bir avtobus sürücüsü gündəlik plan pulu ödəyirlər.

MMC-nin qaraj rəisi Sirac Səfərov deyir ki, avtobusların əksəriyyəti kreditlə alındığına görə sürücülərin ödədikləri plan pulu kreditə ödənilməklə yanaşı, avtobusların təmirinə xərclənir və qarajda çalışan əməkdaşlara əməkhaqqı qismində verilir. Sirac Səfərov onu da bildirir ki, yaxın vaxtlarda Sumqayıtda marşrut avtobusları kart sisteminə keçəcək və bu kimi problemlər yaşanmayacaq. Sumqayıtda plan pulunun çox olmasına sürücülərin etirazı ilə nəticələnən bu hadisə bir məsələni aktuallaşdırır. Qaydalara görə marşurt avtobuslarının sürücüləri daşıyıcı şirkətə gündəlik plan pulu ödəməlidirlərmi? Ümumiyyətlə, plan pulu ilə bağlı standart var?

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, istər yol hərəkəti, istərsə də avtomobil nəqliyyatı haqqında qanunlarda bu məsələ ilə bağlı heç bir müddəa və standart yoxdur.

Onun sözlərinə görə, "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" publik hüquqi şəxs yaradılması ilə bağlı qərara əsasən, Sumqayıt şəhər  nəqliyyatı bu quruma təhvil verilməli idi. Lakin nədənsə hələ də təhvil-təslim işləri gecikdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Avtobusların gündəlik planı necə müəyyənləşir VİDEO


RƏYLƏR