Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2023 10:48
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 1500 (min beş yüz) manat müəyyən edilsin.
2. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 329, № 10, maddə 587; 2004, № 12, maddə 1006; 2005, № 3, maddə 167; 2006, № 11, maddə 939; 2007, № 12, maddə 1235; 2008, № 7, maddə 621; 2016, № 10, maddə 1628; 2018, № 2, maddə 210) 2-ci hissəsində "1450 (min dörd yüz əlli)" sözləri "1500 (min beş yüz)" sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.