Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anar Hüseynovun nəşi Bakıya gətirildi

Anar Hüseynovun nəşi Bakıya gətirildi

Tarix: 13 Yanvar 2023 12:55

Rusiyada vəfat edən rejissor Anar Hüseynovun nəşi bu gün Bakıya gətirilib. 

Sonxeber.net xəbər verir ki, bu haqda onun qardaşı Vüqar Hüseynov axşam.az-a açıqlamasında deyib. O bildirib ki, mərhumun nəşi hazırda doğulduğu Şəkiyə aparılır.

"Günorta saatlarında Anar Şəkidə dəfn olunacaq" deyə, o, əlavə edib.

Qeyd edək ki, Anar şəkər xəstəliyindən əziyyət çəkirdi. Qardaşı ölümün səbəbinin şəkər olduğunu deyib. O, komaya düşüb və həyatını xilas etmək mümkün olmayıb. Mərhum son illər Moskvada yaşayırdı. 


Etiketlər:  Anar Hüseynovun nəşi Bakıya gətirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ