Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2023 08:30
Türkiyənin keçmiş çavuşu Musa Orhan məşhur aktrisa Hazal Kayanı məhkəməyə verib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə sənətçinin özü sosial şəbəkə hesabında paylaşım edib.
Bildirib ki, Orhan bu dəfə də ondan şikayətçidir.
Qeyd edək ki, Orhanın intihar edən İpek Erin adlı qıza təcavüz etdiyi iddia olunub. Lakin məhkəmə qərarı bəlli olmadan bir sıra məşhurlar onun barəsində xoş olmayan paylaşımlar edib. Orhan isə məhkəmə qərarı ilə sərbəst buraxılandan sonra həmin məşhurlardan şikayətçi olub. Bunlar sırasında türkiyəli aktrisalar Ezgi Mola və Farah Zeynep Abdullah da var.