Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Binəqədi rayonunda evdən meyit tapıldı

Binəqədi rayonunda evdən meyit tapıldı

Tarix: 14 Yanvar 2023 10:56

Bakı şəhərində mənzildən meyit tapılıb.

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Binəqədi rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Çağırış ünvanına cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər",- deyə məlumatda qeyd olunub.

Milli.Az


Etiketlər:  Binəqədi rayonunda evdən meyit tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ