Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gündə neçə ədəd mandarin yemək təhlükəlidir? - Uşaqlara olarmı?

Gündə neçə ədəd mandarin yemək təhlükəlidir? - Uşaqlara olarmı?

Tarix: 15 Yanvar 2023 22:48

Yeni ildə uşaqların və gənclərin ən çox yediyi meyvə mandarindir.

Terapevt həkim Timur Asanov orqanizmə zərərli olan sayını açıqlayıb.

"Təhlükəsiz norma - sutkada 4-5 ədəddir.

Hamısını birdəfəyə yox, hər dəfə 1-2 ədəd yeyilə bilər.

Narıngi nə qədər şirəlidirsə, o qədər onda fruktoza var və qlikemik indeksi yüksəkdir. İnsulin dirənci olan və diabet xəstələrinə narıngi ümumiyyətlə olmaz.

Narıngini çox yedikdə sintez olunan insulin piylərin parçalanma prosesini pozacaq, çəki artımına səbəb olacaq.

Narıngi çəki atmağa kömək edəcək dietik meyvə deyil.

Eləcə də turşməzə narıngilər qastrit, kolit, xora, mədəaltı vəz, öz kisəsi problemləri olanlara olmaz. Narıngi lifləri qəbizlik də yaradır.

Pediatrlar tövsiyə edir ki, 1 yaşa qədər uşaqlara narıngi verilməsin. Allergik reaksiya və köp verir"./bakupost.az


Etiketlər:  Gündə neçə ədəd mandarin yemək təhlükəlidir Uşaqlara olarmı


RƏYLƏR