Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran əhalisi sürətlə yoxsullaşır - Həqşünas

İran əhalisi sürətlə yoxsullaşır - Həqşünas

Tarix: 16 Yanvar 2023 08:36

İran valyutasının sürətlə dəyər itirməsi, ölkənin iqtisadi vəziyyətinin ağırlaşması, işsizlərin sayının çoxalması yoxsul təbəqəyə mənsub insanların sayını kəskin artırıb.

İranın Əmək Nazirliyinə tabe "Fərdaye iqtisad" nəşrinin yazdığına görə, 2021-ci ildə aparılan araşdırmalar ölkə əhalisinin təxminən 30 faizinin, yəni 25 milyon 500 min nəfərinin mütləq yoxsulluqdan əziyyət çəkdiyini göstərir. Günü-gündən daha da pisləşən iqtisadi vəziyyət hazırda bu statistikanın daha yüksək olduğunu deməyə əsas verir.

Sonxeber.net xəbər verir ki, məsələ ilə bağlı axar.az-a açıqlama verən tanınmış iranlı iqtisadçı Hadi Həqşünas minimum əmək haqqı və pensiyada ciddi dəyişiklik edilmədiyi halda digər təbəqələr arasında yoxsulluğun artacağını bildirib.

"Ən optimist halda minimum əmək haqqı artırılan xərclərin yarısını kompensasiya edə bilər. Lakin cari ildə dövlət işçilərinin gəlirləri alıcılıq qabiliyyəti baxımından ötən ildən azı 20-30 faiz az olacaq. Hökumət rəsmi olaraq inflyasiyanın 40 faizdən çox olduğunu açıqlayıb. Amma maaş artımı 20 faizdir. Bu o deməkdir ki, hökumət builki inflyasiyanı kompensasiya etməyib. 2022-ci ilin aprel ayından oktyabrın əvvəlinə kimi ölkədə ərzaq inflyasiyası 80 faizə çatıb. Buna görə də gəlirlərinin əsas hissəsi mənzil və ərzağa xərclənən aztəminatlı vətəndaşlar üçün maaşların 20 faizlik artımının mənası yoxdur və bu, onlara kömək etməyəcək", - iqtisadçı bildirib.

Qeyd edək ki, Dünya Bankının açıqladığı son statistikaya əsasən, İranda mütləq yoxsulluq səviyyəsi 2013-2019-ci illər arasında əhəmiyyətli dərəcədə artıb, son illərdə isə daha da sürətlənib.


Etiketlər:  İran əhalisi sürətlə yoxsullaşır Həqşünas


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ