Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2023 11:57
"Ramiz Mehdiyev çox qorxaq adamdır, Vasif Talıbovla birləşib çevrilişə cəhd edə bilməz".
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu fikirləri Amerikada yaşayan eks-spiker Rəsul Quliyev "Musavat TV"də yayımlanan "Canlı debat" verilişində deyib.
O bildirib ki, V.Talıbovun gələcəyi ilə bağlı proqnoz verə bilmir: "Amma vətənə, xalqa qarşı cinayət, dövlət çevrilişinə cəhd və sair maddələrə görə sözsüz, həbsdə oturmalıdır. Vasif Talıbovu korrupsiya əməllərinə, saraylarına görə mühakimə etmək olar. Amma mənim fikrimcə, onun cinayəti bütün bunlardan daha yuxarı səviyyədədir".