Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yevgeni Mixaylov: Azərbaycan lideri Aşqabadda Ermənistanın hazırkı siyasətini mühakimə edən bütün MDB ölkələrinin mövqeyini səsləndirdi

Yevgeni Mixaylov: Azərbaycan lideri Aşqabadda Ermənistanın hazırkı siyasətini mühakimə edən bütün MDB ölkələrinin mövqeyini səsləndirdi

Tarix: 12 Oktyabr 2019 10:54

Bakı. Mətanət Nəsibova - Trend:

Ermənistan səylə nasizmin qəhrəmanlaşdırılmasını təbliğ edir. Bu ölkənin Baş naziri N.Paşinyanın Aşqabad sammitində dedikləri heç bir məntiqə sığmır. Onun Njdenin qəhrəmanlığı barədə bəyanatları tamamilə destruktivdir və ilk növbədə Ermənistanın təhlükəsizliyinin qarantı olan Rusiyanın dəstəklədiyi nasizmin qəhrəmanlaşdırılması ilə mübarizə strategiyasına ziddir.

Bunu Trend-ə rusiyalı ekspert və teleaparıcı Yevgeni Mixaylov deyib.

Ekspertin fikrincə, bununla da N.Paşinyan nəticələri nəzərə almadan növbəti dəfə Moskvanın bostanına daş atıb:

“Amma, Paşinyan böyük səhv edir. Rusiyanın gec reaksiya verməsi və hələ də heç bir irad bildirməməsi heç nəyi ifadə etmir. Hələlik, Moskva Ermənistanın yeni hakimiyyətini ağıllandırmağa çalışır, bunun üçün son ümidlər də itsə, fikrimcə, daha kəskin addımlar atılacaq”.

Y.Mixaylov hesab edir ki, Yerevan indiki hökumət zamanında faşizmin qəhrəmanlaşdırılması kursunu götürüb:

“Əks təqdirdə, onun SS legionuna rəhbərlik etmiş, üçüncü reyxin əlaltısı Qaregin Njde barədə xüsusi fikri izahedilməzdir. Elə alınır ki, bu ölkə həm də faşizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə çağıran müraciətə imzasını qoymalıdır. Hesab edirəm ki, Azərbaycan lideri Aşqabad sammitindəki bəyanatında əvvəllər SSRİ-nin tərkibində olmuş və indi Ermənistanın hazırkı siyasətini mühakimə edən bütün MDB ölkələrinin mövqeyini səsləndirib”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Yevgeni Mixaylov Azərbaycan lideri Aşqabadda Ermənistanın hazırkı siyasətini mühakimə edən bütün ölkələrinin mövqeyini səsləndirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ