Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəsmi Bakı Avstriya XİN başçısına cavab verib: Laçın yolu açıqdır

Rəsmi Bakı Avstriya XİN başçısına cavab verib: Laçın yolu açıqdır

Tarix: 18 Yanvar 2023 15:00

"Laçın yolu açıqdır və hərəkət azadlığı təmin edilir".

Sonxeber.net xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ayxan Hacızadə tviterdə yazıb.

O bildirib ki, yalnız 2022-ci il dekabrın 12-dən dekabrın 15-dək BQXK-nın, Rusiya sülhməramlı kontingentinin və yerli erməni sakinlərinin 644 texnikası hər iki istiqamətdə keçib: "Blokada" ilə bağlı iddiaların heç bir əsası yoxdur!".

Qeyd edək ki, daha əvvəl Avstriyanın xarici işlər naziri Aleksander Şalenberq Azərbaycanı Laçın yolunu açmağa çağırmışdı.


Etiketlər:  Rəsmi Bakı Avstriya XİN başçısına cavab verib Laçın yolu açıqdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ