Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2023 16:14
Anqlikan Kilsəsinin (Church of England) yepiskopları altı illik kilsədaxili müzakirələrdən sonra İngiltərə Kilsəsinin kahinlərinin eynicinsli cütlüklərlə evlənməsinə icazə verəcək təşəbbüsü dəstəkləməkdən imtina etdilər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, eyni zamanda, çərşənbə günü kilsənin saytında yayılan bəyanatda qeyd olunur ki, LGBT icmasının nümayəndələri tezliklə öz vətəndaş birliyi üçün kilsədən xeyir-dua ala biləcəklər.
Sənəddə deyilir: "Bu gün təqdim olunan tarixi planlara əsasən, eynicinsli cütlüklər ilk dəfə kilsəyə gələrək vətəndaş nikahlarına və ya sivil əməkdaşlılğa görə təşəkkür edib, Tanrının xeyir-duasını ala biləcəklər".
Sənəddə qeyd olunur ki, nəzərdən keçirilən təkliflərə uyğun olaraq, "eynicinsli cütlüklər hələ də Anqlikan Kilsəsinin kilsələrində nikaha girə bilməyəcəklər", lakin vətəndaş nikahı bağlandıqdan sonra ər-arvad xeyir-dua üçün dualar oxunacaq xüsusi kilsə xidməti sifariş edə bilərlər.