Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan bu tamaşaya imkan verməyəcək, Xankəndi...

Azərbaycan bu tamaşaya imkan verməyəcək, Xankəndi...

Tarix: 19 Yanvar 2023 21:09

"Aydındır ki, Ruben Vardanyan emissardır, onu Xankəndiyə Moskvadan göndəriblər. Azərbaycan tərəfi də elan edib ki, onunla heç bir danışıq aparılmayacaq. Azərbaycan orada olan faydalı qazıntıların qanunsuz istismarının qarşısını almaq, ekoloji durumla bağlı monitorinq aparmaq üçün hərəkətə keçdi. Ancaq Rusiya sülhməramlı kontingentinin vasitəsi və Vardanyanın iştirakı ilə Azərbaycan nümayəndələrini mədənlərə buraxmaqdan imtina etdilər. Əslində Vardanyan aldığı təlimatla Azərbaycanın Qarabağda keçirmək istədiyi siyasəti əngəlləməyə çalışdı. Rusiyanın Qarabağ ərazisində fəallığı Azərbaycan Prezidentinin avqustun sonlarında Basqal kəndinə səfəri zamanı verdiyi açıqlamaların ardınca gəldi. Prezident Basqalda Qarabağ erməniləri ilə müəyyən təmasların qurulduğunu bildirdi. Bu da Moskvanın maraqları ilə ziddiyyət təşkil edirdi. Rusiyada düşünürlər ki, gərginliyi saxlamaqla onun buradakı rolu qalacaq. Bu baxımdanda Vardanyan vasitəsilə gərginliyi saxlamağa çalışır".

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu siyasi şərhçi Oqtay Qasımov deyib.

O bildirib ki, Azərbaycan Rusiya və Qarabağdakı separatçı Vardanyanın niyyətlərini bildiyi üçün 40 günə yaxındır ki, eko-fəallar Şuşa yaxınlığında Laçın-Xankəndi yolunda aksiyalar keçirir:

"Məhz bu aksiyaların nəticəsi olaraq Qarabağdakı separatçılar arasında gərginlik görünür. Artıq bu ixtilaflar açıq müstəviyə keçir. Bunun ilk siqnalı Vitali Balasanyanın "təhlükəsizlik şurası"dakı vəzifəsindən çıxarılması oldu. Onu Azərbaycan tərəfi ilə danışıqlar aparmaqda ittiham edirlər. Moskva və emisarı olan Vardanyan Azərbaycanla təmas qura biləcək şəxsləri kənarlaşdırmaqla əslində Azərbaycanla təmas qura biləcək şəxsləri prosesdən bir növ uzaqlaşdırdılar. Amma məncə, təmaslar tam kəsilməyib".

Oqtay Qasımov söyləyib ki, Nikol Paşinyan Vardanyanın yalnız Xankəndi ilə qane olmayacağını yaxşı bilir: "Aydındır ki, planın gələcəkdə tərkib hissəsi kimi Vardanyanın Ermənistanda hakimiyyəti ələ keçirməsi olduğunu düşünür, bunda da haqlıdır. Ona görə də Ermənistan hakimiyyətində Vardanyana müsbət yanaşma yoxdur. Vardanyan Qarabağda Ermənistan hökumətinə yaxın qruplaşmlar tərəfindən də düşmən kimi qəbul edilir.

Son dövrlər Xankəndidə gərginliyin digər istiqaməti kimi orada "seçkilərin" keçirilməsi ilə bağlı yayılan məlumatlardır. Qondarma qurum parlament sədrinin guya növbədənkənar "seçkilər" keçirilməsi, özünün seçkilərdə iştirak edəcəyi haqda fikirləri göstərir ki, orada fikir ziddiyyəti var. Vardanyan "seçkilərə" qarşı çıxdı, istefa vermək niyyətində olmadığını ifadə etdi. Araik Arutyunyan isə deyir ki, seçki olsa namizəd olmayacaq. Daha ağıllıları bulir ki, orada seçki adına məzhəkə Azərbaycanın sərt təpkisi ilə üzləşəcək və belə tamaşaya imkan verilməyəcək. Bu baxımdan hazırda Xankəndinin özündə də gərgin və mürəkkəb durum mövcuddur"


Etiketlər:  Azərbaycan tamaşaya imkan verməyəcək Xankəndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ