Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-nin bir çox ştatları TikToku qadağan edir

ABŞ-nin bir çox ştatları TikToku qadağan edir

Tarix: 19 Yanvar 2023 23:16

ABŞ-nin bir çox ştatları TikToku qadağan edir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu istiqamətdə ilk qərarı Texas qubernatoru Qreq Abbottun verib.

O, sosial platformanın məhdudlaşdırılması ilə bağlı dekabr ayında qərar qəbul edib.

Bu qərardan sonra isə Texas Universiteti təhsil müəssisəsi daxilində TikTok sosial platformasına daxil olmağı əngəlləyib.

Belə ki, hazırda ABŞ-nin bir çox ştatlarında TikTokun qadağan edilməsi istiqamətində qərarlar verilir.

Buna səbəb isə Çin tərəfindən yaradılan TikTok sosial platformasının ABŞ-dəki məlumatları Çin hökumətinə ötürməsi qorxusudur.

Milli.Az


Etiketlər:  ABŞ nin bir çox ştatları TikToku qadağan edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ