Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Vaqner'' qızıl hasilatı ilə maliyyələşdirilir

''Vaqner'' qızıl hasilatı ilə maliyyələşdirilir

Tarix: 21 Yanvar 2023 08:48

Rusiyanın "Vaqner" ÖHŞ-nin təsisçisi və sponsoru Yevgeni Priqojinin strukturları Ukraynadakı hərbi əməliyyatlarını maliyyələşdirmək üçün Afrikada qızıl və digər faydalı qazıntıların hasilatını genişləndirir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə "Politico" saytı məlumat yayıb. Saytın jurnalistləri bu xəbəri ABŞ-ın diplomatik qaynaqlarından əldə ediblər.

Son bir ildə "Vaqner" ÖHŞ Mərkəzi Afrika Respublikasındakı iştirakını əhəmiyyətli dərəcədə genişləndirib. Şirkətin 2022-ci ildə MAR-dakı mənfəəti demək olar ki, bir milyard dollara çatıb. ABŞ rəsmisinin sözlərinə görə, bu pul böyük ehtimalla silahların alınmasına və yeni muzdluların cəlb edilməsinə sərf olunacaq.

2018-ci ildə "Vaqner" CAR-ın paytaxtı Bangidə "mədəniyyət mərkəzi" açıb və "Ndassima" qızıl mədəni də daxil olmaqla "yataqların qorunması" üçün müqavilələr imzalayıb. Xəbərdə deyilir ki, Priqojinə bağlı strukturlar artıq bir neçə ildir ki, əvvəllər kustar üsulla istifadə edilən mədəni güclü sənaye kompleksinə çeviriblər.

Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Katrina Dokssinin fikrincə, "Vaqner" ÖHŞ-nin bu cür irimiqyaslı layihələrdə iştirakı Rusiyanın Afrikada nə dərəcədə gücləndiyini göstərir. Hazırda Mərkəzi Afrika Respublikasının hökuməti tam olaraq "Vaqner"dən asılıdır.

2021-ci ildə CNN və "Sentry" müstəqil istintaq qrupu Ndassima mədənində qızıl hasilatını genişləndirmək üçün evlərindən çıxarılmasına etiraz edən yerli sakinlərin "Vaqner" muzdluları tərəfindən öldürülməsi barədə məlumat yaymışdı. Fransız RFI kanalı da 2021-ci ildə Mərkəzi Afrika Respublikasında "Vaqner"in vəhşilikləri haqqında süjet yayımlayıb.

Milli.Az


Etiketlər:  Vaqner qızıl hasilatı ilə maliyyələşdirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ