Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı

Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı

Tarix: 21 Yanvar 2023 19:50

İctimai fəal Bəxtiyar Hacıyevin həbs müddəti uzadılıb.

Bu haqda onun vəkili Aqil Layıc feysbukda yazıb:

"Bəxtiyar Hacıyevin həbs müddəti bir ay uzadıldı. Yəni, 28 fevral 2023-cü il tarixinədək..."

B.Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunaraq dekabrın 9-da həbs edilib. Onun jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə tutulduğu bildirilir.

Qeyd edək ki, Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci və 289.1-ci maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Milli.Az


Etiketlər:  Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ